Bakı 8˚C Showers

Əfqanıstanda İŞİD silahlıları 4 "talib"i öldürüb

Gündəm 21:40 01 okt, 2021

Hücum nəticəsində "Taliban"ın 4 nümayəndəsi öldürülüb, daha 2-i isə yaralanıb.

Əfqanıstanda İŞİD silahlıları 4 "talib"i öldürüb

Əfqanıstanın Pərvan əyalətində İŞİD silahlılarının hücumu nəticəsində "Taliban"ın 4 nümayəndəsi öldürülüb.

Bu barədə QAZET.AZ "RİA Novosti"yə istinadən xəbər verir.

Belə ki, İŞİD silahlıları Pərvan əyalətinin Çarıkar bölgəsində baş verən partlayışdan sonra silahlı hücum həyata keçirib.

Hücum nəticəsində "Taliban"ın 4 nümayəndəsi öldürülüb, daha 2-i isə yaralanıb.