Bakı 21˚C Mostly cloudy w/ showers

Əfqanıstanda silahlı toqquşmada 17 nəfər həlak olub

Gündəm 11:03 25 okt, 2021

Əfqanıstanın Herat şəhərində silahlı qarşıdurma yaşanıb

Əfqanıstanda silahlı toqquşmada 17 nəfər həlak olub

Əfqanıstanın Herat şəhərində “Taliban” qüvvələri ilə silahlı qruplaşma arasında baş verən atışmada qadın və uşaqlar da daxil olmaqla azı 17 nəfər həlak olub.

Qazet.az TASS-a istinadən xəbər verir ki, şəhər küçələrində atışma nahar vaxtı başlayıb və gün boyu davam edib.

Ölənlər arasında yeddi uşaq və üç qadın var. Bundan əlavə, bir neçə mülki şəxs yaralanaraq xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu, avqustun 12-də “Taliban” şəhərə nəzarəti ələ keçirdikdən sonra Heratda ilk belə silahlı toqquşmadır.

Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Səid Xosti “Twitter” səhifəsində yazıb ki, adam oğurluğu ilə məşğul olan dəstə ölkənin üçüncü ən böyük şəhərində atəş açmağa başlayıb. “Taliban” qüvvələri tərəfindən 3 cinayətkar məhv edilib.

Mənbə