Bakı -0˚C Showers

"Əfqanıstanda vətəndaş müharibəsi riski hələ də var" - Yuri Kokov

Siyasət 12:27 07 okt, 2021

"Onlar Orta Asiya və Rusiyaya terrorun yayılması təhlükəsi yaradırlar"

"Əfqanıstanda vətəndaş müharibəsi riski hələ də var" - <span style="color:red">Yuri Kokov</span>

"Əfqanıstanda davam edən vətəndaş müharibəsi və terrorun bu ölkədən digər Orta Asiya ölkələrinə və Rusiyaya yayılma təhlükəsi hələ də mövcuddur."

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yuri Kokov verdiyi müsahibədə bildirib. 

"Əfqanıstanda gələcəkdə vətəndaş müharibəsi ehtimalı hələ də mövcuddur" deyə Yuri Kokov bildirib.

Rəsminin sözlərinə görə, humanitar vəziyyətin pisləşməsi Əfqanıstanda fəal olan radikal qrupların güclənməsinə kömək edə bilər.

"Onlar Orta Asiya və Rusiyaya terrorun yayılması təhlükəsi yaradırlar", - deyə o vurğulayıb.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.