Bakı 19˚C Intermittent clouds

Əfqanıstanda xarici valyuta qadağan olundu

Gündəm 16:46 03 noy, 2021

Hökmdən yayınan şəxslər qanun qarşısına çıxarılacaq

Əfqanıstanda xarici valyuta qadağan olundu

Taliban Əfqanıstanda xarici valyutadan istifadənin tamamilə qadağan olduğunu elan edib. 

Qazet.az xəbər verir ki, Taliban Əfqanıstanda bütün əhalinin alış-verişində əfqan pulundan istifadəsinin zəruri olduğunu bildirib.

Talibanın xəbərdarlığına görə, sahibkarlardan, biznesmenlərdən və əhalidən bundan sonra xarici valyutadan istifadə etməmək istənilib.

Rəsmilərin dediyinə görə, xarici valyutadan istifadə Əfqanıstan iqtisadiyyatına mənfi təsir göstərir və əhali də bundan əziyyət çəkir.

Bu hökmdən yayınan şəxslərin qanun qarşısına çıxarılacağı bildirilib.

Qeyd edək ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ alandan sonra əfqan pulu dollar qarşılığında çox dəyər itirib.