Əfqanıstanda yanacaq tankerinin partlaması nəticəsində 19 nəfər ölüb
Hadisə
18:04 18 dek, 2022
Əfqanıstanın Pərvan əyalətində yanacaqdaşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 19-a çatıb.
Qazet.az xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Daha 32 nəfər zərərçəkən Pərvan vilayətinin inzibati mərkəzi olan Çarıkar şəhərinin xəstəxanalarına çatdırılıb.
Bundan əvvəl insident nəticəsində 12 nəfərin öldüyü, 37 nəfərin yaralandığı bildirilirdi.