“Əfqanıstandakı son hadisələr Aİ-nin zəifliyini bir daha göstərdi” - Ali Komissar
Aİ-nin Ali Komissarı Əfqanıstan problemindən danışdı
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarı Jozef Borrel “Le Monde” qəzetinə maraqlı açıqlamalar verib.
Qazet.az TRT-yə istinadən xəbər verir ki, o, Əfqanıstanda baş verən son hadisələrin Aİ-nin zəifliyini bir daha göstərdiyini bəyan edib.
“ABŞ-ın çətiri altında ticari və iqtisadi inteqrasiya ilə sabitləşən bir dünya ideyasını dəstəklədik. Amma xüsusilə də 11 sentyabr 2001-ci ildən sonra yeni təhdidlər meydana gəldi. Çin, Rusiya və Türkiyədə tarixi gerçəkliklərə dayanaraq, hətta yenidən kəşf edilərək keçmiş imperiyalar yenidən dirçəldi”, - deyə Ali Komissar bildirib.
Aİ rəsmisi köhnə qitə ölkələrinin ortaq ordu yaratmaq ideyasına da toxunub. O, güclü Avropanın ABŞ-ın maraqlarına uyğun olduğunu qeyd edib.