Talibandan media islahatı: 150-dən çox media qurumu ləğv edilib
Gündəm
09:41 14 sen, 2021
Ölkənin 150-dən çox media qurumu bağlandı
Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra ölkənin 20 əyalətində 150 -dən çox media orqanı fəaliyyətini dayandırıb.
Qazet.az xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Siyahıda radiostansiyalar, çap mediası və televiziya kanalları da var. Medianın fəaliyyətinin dayandırılmasının səbəbləri həm onlara qarşı tətbiq edilən məhdudiyyətlər, həm də süni yaradılan iqtisadi problemlər göstərilir.
Bildirilib ki, bu problemlər həll olunmasa, fəaliyyətini dayandıran media orqanlarının sayı artacaq.