Əfqanıstanın şiələri hökumətdə təmsil olunmağı tələb edirlər
Gündəm
10:11 13 sen, 2021
Bu, Karzainin son günlərdə şiələrlə ikinci görüşü idi
Əfqanıstanın şiə icmasının liderləri, ölkədə hakimiyyəti ələ keçirən “Taliban” tərəfindən qurulan yeni hökumətə şiə nümayəndələrinin daxil edilməsini tələb edib.
Qazet.az xəbər verir ki, “Taand” nəşrinin yazdığına əsasən, onlarla şiə nümayəndəsi bazar günü hakimiyyətin sülh yolu ilə ötürülməsi şurasının üzvü olan Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai ilə görüşüb.
Bu, Karzainin son günlərdə şiələrlə ikinci görüşü olub. Sentyabrın 9 -da Karzai öz “Tvitter” hesabında Əfqanıstanın Şiə Ulamaları Şurası ilə məsləhətləşmələr apardığını, həmçinin ölkədə davamlı sülh və sabitliyin təmin edilməsi yollarını müzakirə edildiyini yazıb.
-