Əfqanıstanın şimalında toqquşma olub
Gündəm
20:26 01 okt, 2021
“Taliban” bu məsələyə hələlik münasibət bildirməyib
Əfqanıstanın şimalındakı Pərvan əyalətinin mərkəzi Çərikar şəhərində bir neçə güclü partlayış baş verib.
Qazet.az "Afghanistan İnternational”a istinadən xəbər verir ki, günorta saatlarında baş vermiş partlayışlardan sonra atışma başlayıb. Mənbələrə görə, bu, iqtidardakı “Taliban” hərəkatının döyüşçülərilə Milli Müqavimət Cəbhəsi arasında toqquşma ola bilər.
“Taliban” bu məsələyə hələlik münasibət bildirməyib.