Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir
Gündəm
19:42 24 sen, 2021
Rusiya Əfqanıstan üçün vacib ölkədir

Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid Rusiya ilə əlaqələri yüksək səviyyədə inkişaf etdirmək niyyətində olduqlarını açıqlayıb.
Qazet.az xəbər verir ki, xüsusilə, Əfqanıstan rəsmilərinin Moskvaya səfər üçün dəvət gözlədiklərini bildirib.
Onun sözlərinə görə, Rusiya Əfqanıstan üçün vacib ölkədir. Gün gələcək hər kəs “Kabil ilə Moskva arasındakı güclü əlaqənin şahidi olacaq”.
Mücahid həmçinin qeyd edib ki, Rusiya digər ölkələrlə birlikdə Əfqanıstanda iqtisadi layihələrini həyata keçirməyə başlaya bilər, həm də bu ölkəyə sərmayə qoya bilər. Türkiyə isə təhsilə kömək edə bilər.