Əfv Komissiyasının iclası keçirilir
Gündəm
18:05 19 may, 2022
İclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
Qazet.az-ın xəbərinə görə, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.
İndiyədək Komissiyanın iclaslarında ümumilikdə əfvlə bağlı 400-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.