“Əgər nüvə danışıqları uğursuz olsa, başqa variantlara əl atacağıq” - ABŞ
Siyasət
15:25 06 okt, 2021
Bu fikirləri ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib
ABŞ “Nüvə danışıqları uğursuz olsa, o zaman ABŞ İrana qarşı başqa variantlara əl atacaq”.
Qazet.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
O bildirib ki, əgər diplomatiya İranı nüvə proqramı ilə bağlı birgə hərtərəfli Fəaliyyət planına qaytara bilməsə, o zaman ABŞ başqa tədbirlər görəcək və ya fərqli variantlara əl atacaq.”
Ekspertlər ABŞ rəsmisinin bu fikirlərini İrana qarşı təhdid kimi dəyərləndiriblər.