Bakı 22˚C Partly sunny w/ showers

Əhalimizin gəlirləri artıb

Cəmiyyət 13:32 16 noy, 2022
Əhalimizin gəlirləri artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 56 milyard 860,8 milyon manat təşkil edib.

Qazet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 19,9 % artaraq 5 650 manata çatıb.