Əhalimizin sayı açıqlanıb
Cəmiyyət
13:09 16 noy, 2022

Azərbaycan əhalisinin sayı açıqlanıb.
Bu barədə Qazet.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 48408 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 10204774 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.