Əhalinin nağd dollar alışı fevralda iki dəfədən çox azalıb
Təkcə fevral ayında əhali 165,936 mln. nağd dollar alıb ki, bu da yanvar ayı ilə müqayisədə 2,2 dəfə, ötən ili eyni ayı ilə müqayisədə isə 0,9% azdır
![Əhalinin nağd dollar alışı fevralda iki dəfədən çox azalıb](https://qazet.az/resized/fit900x500/center/pages/63332/6be8f6c5-d1fc-4e66-a96c-f619065020bc.jpeg)
Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi kommersiya banklarından 533,432 mln. nağd ABŞ dolları alıb.
Qazet.az Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni ayları ilə müqayisədə 8,2% çoxdur. Təkcə fevral ayında əhali 165,936 mln. nağd dollar alıb ki, bu da yanvar ayı ilə müqayisədə 2,2 dəfə, ötən ili eyni ayı ilə müqayisədə isə 0,9% azdır.
Eyni zamanda, 2022-ci ilin ilk iki ayında Azərbaycanda banklara əhali tərəfindən 191,046 mln. nağd dollar satılıb ki, bu da illik müqayisədə 9,1% azdır. Təkcə fevralda banklara satılan nağd dollar kütləsinin həcmi isə 111,278 mln. dollara bərabər olub ki, bu da aylıq müqayisədə 39,5% çoxdur, illik ifadədə isə 21,9% azdır.