Əhalinin yarısı peyvənd olunub - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
17:21 20 okt, 2021
Maksimum 3 sutkadan sonra keçib gedir
“Hər bir peyvəndin özünün yan təsiri var. Bu yan təsirlər əksər halda oxşardır və gözləniləndir”.
Qazet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Nazirlik rəsmisi əlavə edib ki, bu günə qədər ölkədə 5 milyona yaxın insan peyvənd olunub və bunun təhlükəsiz olduğunu görürük: “Əksəriyyət yüngül yan təsirlərdir. Onlar da maksimum 3 sutkadan sonra keçib gedir. Müalicə edilməsə belə keçir. Əgər nəsə narahatlıq olarsa, çoxlu maye qəbul etmək, istirahət etmək, temperatur artarsa parasetamol qəbulu mümkündür. Reaksiya güclüdürsə, ərazi üzrə ailə sağlamlıq mərkəzinə müraciət edilməli və həkimlər ona uyğun müalicə yazmalıdır”.