Əhaliyə 4 milyarddan çox pul ödənilib - Nazirlik
Cəmiyyət
10:34 08 sen, 2022
Yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 4 mlrd. 362 mln. manat ödənilib.
Bu barədə Qazet.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası bu ilin 8 ayında da davam edib.
Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 362 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin eyni dövrünə nisbətən 9,5 faiz və ya 379 mln. manat çoxdur.