Bakı 26˚C Intermittent clouds

Ekoloji fəlakət - Sahildə yüzlərə ölü tısbağa tapıldı

Cəmiyyət 12:20 29 okt, 2021

Ölən tısbağaların nəsli kəsilməkdə olan növlərə aid olduğu qeyd edilir

<span style="color:red">Ekoloji fəlakət</span> - Sahildə yüzlərə ölü tısbağa tapıldı

Meksikanın cənubundakı Oaxaka ştatında çimərlikdə 300-ə yaxın ölü dəniz tısbağası tapılıb.

Qazet.az xəbər verir ki, prokurorluq nadir heyvanların kütləvi şəkildə tələf olmasının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

“Ölü tısbağaların sayı kifayət qədər çoxdur. İlkin ehtimallara görə, onlar brakonyerlərin istifadə etdiyi balıq torlarına ilişərək boğulublar”, - deyə Oahaka ştatının Ətraf Mühit, Enerji və Davamlı İnkişaf şöbəsinin rəhbəri Elena Roxas bildirib.

Ölən tısbağaların nəsli kəsilməkdə olan növlərə aid olduğu qeyd edilir.