Ekoloji mübarizə: 1 milyon tısbağa suya buraxıldı
Gündəm
12:16 08 dek, 2021
Boliviya-Brazilya sərhədində bir milyon tısbağa balası suya buraxılıb

İqlim dəyişikliyi və insan fəaliyyəti dünyada ekoloji sistemə ciddi təhdid yaratmağa davam edir.
Qazet.az xəbər verir ki, Boliviya və Brazilya sərhədində insanlar bir milyona yaxın Amazon tısbağalarını suya buraxıb.
Bu aksiyada əsas məqsəd təhlükə qarşısında olan flora və faunanı qorumaq olub.