Bakı 6˚C Dreary

Ekranlardan qarderoblarımıza...

Maraqlı 03:42 01 yan, 2023
Ekranlardan qarderoblarımıza...

İzlədiyimiz filmlərdə, seriallarda sevdiyimiz obrazlara özümüzü bənzədir, gerçək həyatda da onlar kimi olmaq istəyirik. Əslində isə həmin qəhrəmanlarda özümüzdən bir xüsusiyyət tapır, onları hər cəhətdən sevirik. Elə olur ki, seçdikləri libasları, aksessuarları dərhal axtarışa verir, sosial şəbəkələrdə tapmağa çalışırıq. Bir növ seriallar və filmlər dəb trendlərinə yön verir. 

Məsələn, “Tom Cruise Top Gun” filmində Rayban obrazının “Aviator” eynəyinin satışları 7 ayda 40 faiz artıb. Eyni seriyanın “Maverick” davam filmindən sonra isə İngiltərədəki məşhur eynək mağazasının satışları surətli şəkildə yüksəlib.

“Breakfast at TIffany’s” filmində Odri Hepbernin böyük qara eynəkli, eyni rəngdə əlcəkli, taclı, almaz boyunbağılı və qara paltarlı görüntüsü hələ də yaddaşlardadır. Odrinin geyimləri və kombinasiyaları Nyu-York üçün belə yeni idi. Bu ekran işindən bir çox xanım ilhamlanmaqla yanaşı, eyni zamanda gələcək illərdə dəb trendlərinə də yön verdi. Qara libaslar “Coco Chanel”lə əlaqələndirilsə də, bu filmdəki paltar Hubert De Qivençi tərəfindən hazırlanmışdı.

Qivençinin dizaynı olan qara libas “Lovefilm” tərəfindən edilən anketdə ekranlarda geyinilən ən ikonik paltarı seçilib. Bu libasdan dünyada üç ədəd var. Biri “Givenchy”nin arxivində, digəri Madriddəki Geyim muzeyində, üçüncüsü isə 607 min avroya satılan yeni sahibindədir.

“Annie Hall” Vudi Ellinin bu filmdəki Diane Keaton qadın stilinə yeni bir növ gətirdi. Keatonun “Then Again” adlı xatirə kitabında yazdıqlarına görə Allen ona ekran işində təbii biri olmağı, öz istəklərinə görə geyinmək istədiyini söyləyib. Keaton Nyu-Yorkda “cool” qadınlar kimi kişi geyimlərini seçib. Xaki rəng şalvarlar, jiletlər və qalstuklar…

“Clueless” sarı şotlandka pencək, ətək və jaket bu filmlə yadda qalıb. Beverli Hills ekran işində imkanlı ailənin qızı Çer Horovitz canlandırmış, onun geyindiyi detallı paltarlar, köynəklər, cins şalvarlar 1995-ci illərdə trend olmuşdu. Tək 90-lara yox, sonrakı dövrlərə də bu film yeni dəb stili gətirdi. İndi də ekran işinin təsirini görə bilərik. Z nəsli şotlandka detallı, A kəsimli ətəklərdən indi də istifadə edir. Hətta, onlar bu geyimləri şapkalarla kombinasiya edirlər. “Sex and The city” serialında orta yaşlı 4 qadının şəhərdəki şəxsi və iş həyatlarının bütün detalları açıq şəkildə əks olunub. Ekran işi 90-larda və 2000-ci illərin əvvəlində bütün düyada bir çox qadının öz qəliblərindən çıxmasında rol oynayıb. Bunlardan biri də stillər idi. Məsələn, Karrie obrazının özünəxas tərzi bir çox qadına ilham verdi. Onun dəb sevgisi hər kəsə təsir göstərib, geyim tərzinə bir əyləncə qatmalı olduqlarını nümayiş etdirdi.

Yaxın zamanda brendlərin səhifələrinə, yaxud da mağazalara göz gəzdirəndə korsetləri görürük. Bu da “Netflix”in “Bridgerton” serialı ilə əlaqəlidir. Ən çox izlənilən ingilis serialı olan ekran işi korsetləri geri gətirdi. İngiltərənin 1811 və 1820-ci illərdəki krallıq müddətindən bəhs edən layihədə kral ailəsinin geyimlərindən ilhamlanıldı. Araşdırmalara görə, serialdan sonra korsetlər, uzun əlcəklər, saç aksesuarlarının axtarışı xeyli artıb. Həmçinin, serialda geyinilən paltarların axtarışı da 93 faizi çoxalıb. Daphne Bridqerton obrazının istifadə etdiyi mavi rəng “Bridgerton mavisi” adlanır.

Qaynaq 

Ekranlardan qarderoblarımıza...
Ekranlardan qarderoblarımıza...
Ekranlardan qarderoblarımıza...