Əkrəm İmamoğlu məhkəməlik oldu
Gündəm
00:12 12 yan, 2023
Türkiyənin İstanbul şəhərinin meri Əkrəm İmamoğlu ilə bağlı daha bir məhkəmə iddiası qaldırılıb.
Qazet.az xəbər verir ki, o, əvvəllər sədri olduğu Bəylikdüzü Bələdiyyəsində elan olunan tenderdə saxtakarlıq etməkdə ittiham olunur.
İddia ilə əlaqədar Türkiyə Daxili İşlər Nazirliyinin müffətişləri müvafiq işlərə başlayıb. İşlə əlaqədar məhkəmənin iyunun 15-də başlayacağı qeyd olunur.
Xatırladaq ki, ötən ilin dekabr ayında Türkiyə məhkəməsi İmamoğlu barəsində 2 il 7 ay 15 gün həbs qərarı çıxarıb. İmamoğlu Ali Seçki Komissiyasının üzvlərini təhqir etməkə ittiham olunur.