Eks-prezident BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin olundu
Siyasət
11:47 03 sen, 2022
Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri təyin edilib.
"Qazet.az" xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bildirək ki, 72 yaşlı R.Otunbayeva BMT-nin xüsusi nümayəndəsi vəzifəsində kanadalı Debora Layonsu əvəzləyib.