Bakı 2˚C Windy

"Şimali Koreyanın yeni raket sınaqları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur" - Ekspertlər

Gündəm 12:43 13 sen, 2021

Bu barədə Seuldakı hərbi ekspertlər Tass agentliyinə məlumat verib

"Şimali Koreyanın yeni raket sınaqları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur" - <span style="color:red">Ekspertlər</span>

"Şimali Koreyanın 11 və 12 sentyabrda keçirdiyi uzun mənzilli və yeni qanadları olan raketlərin sınaqları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur."

Qazet.az xəbər verir ki, bu barədə Seuldakı hərbi ekspertlər Tass agentliyinə məlumat verib.

"Təhlükəsizlik Şurası, Şimali Koreyanın son sınaqlarına heç bir maneə yaratmadı. Buna səbəb isə sınaqdan keçirilən raketlərin nüvə raketləri qədər təhlükə doğurmamasıdır", - deyə Tass agentliyinin mənbəsi qeyd edib.

Xatırladaq ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA), Şimali Koreyanın 11 və 12 sentyabr tarixlərində yeni tip uzun mənzilli raketini uğurla sınaqdan keçirdiyini yayıb.