Ekvadorda 12 nəfər metanoldan zəhərlənərək ölüb
Xəbərlər
09:13 29 okt, 2022
Ekvadorda surroqat alkoqoldan zəhərlənərək azı 12 nəfər ölüb.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Səhiyyə Nazirliyi metil spirtinin istehlakı nəticəsində intoksikasiya hallarının baş verdiyi Santo-Dominqo-de-los-Tsaçilas və Esmeraldas əyalətlərində vəziyyətə nəzarəti davam etdirir. 12 ölüm faktı qeydə alınıb. Ümumilikdə 52 nəfər zəhərlənmə ilə əlaqədar tibbi yardım alıb: Santo Dominqoda 39, Esmeraldasda 13”, - qeyd olunub.
Hüquq-mühafizə orqanları insidentləri araşdırır və surroqat spirtli içkilərin paylayıcılarını axtarır. Rəsmi məlumata görə, indiyədək 50 min litrə yaxın məhsul müsadirə edilib.