Ekvadorda həbsxanada toqquşmalar zamanı 50-dən çox adam ölüb
Gündəm
22:03 13 noy, 2021
Prezident Qilyermo Lasso ölkənin penitensiar sistemində 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.
Ekvadorun qərbindəki Quayakil şəhərindəki həbsxanada baş verən toqquşmalarda azı 52 nəfər ölüb.
Qazet.az xəbər verir ki, bu barədə “El Pais" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, həbsxanada qiyam cümə günü axşam başlayıb. Polis hələ ki, cəzaçəkmə müəssisəsində asayişi bərpa edə bildikləri barədə məlumat verməyib.
Sentyabrın 28-də həmin həbsxanada müxtəlif cinayətkar qrupların nümayəndələri arasında toqquşma baş vermişdi. Rəsmi məlumatlara görə, iğtişaşlar zamanı 119 məhbus öldürülüb. Prezident Qilyermo Lasso ölkənin penitensiar sistemində 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.