Bakı 20˚C Intermittent clouds

Əl-Qaidə Yəməndə girov saxlanılan BMT əməkdaşının videosunu yayıb

Xəbərlər 05:11 04 sen, 2022
Əl-Qaidə Yəməndə girov saxlanılan BMT əməkdaşının videosunu yayıb

Əl-Qaidə fevral ayında Yəməndə girov saxlanılan Banqladeş vətəndaşı olan BMT əməkdaşının videosunu yayıb.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın radikal qruplaşmaları izləyən SİTE təşkilatı məlumat yayıb.

Videoda danışan BMT əməkdaşı özünün və həmkarlarının həyatının təhlükədə olduğunu, tibbi yardıma ehtiyac duyduqlarını bildirib.

Qeyd edək ki, BMT fevral ayında Ədəndə missiyadan qayıdan 5 əməkdaşının oğurlandığını bildirmişdi.