Elbrus dağında ölən alpinistlərin sayı 5-ə çatıb - YENİLƏNİB
Gündəm
09:40 24 sen, 2021
Həyatını itirən alpinistlərin sayı artıb

09:32
Sentyabrın 23-də Elbrus dağında əlverişsiz hava şəraiti səbəbindən həyatını itirən alpinistlərin sayı 5-ə çatıb.
Qazet.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkariya Baş İdarəsinin rəisi Mixail Nadejin məlumat verib.
Axtarış-xilasetmə işləri zamanı sağ qalan 14 nəfərin hamısı xəstəxanaya çatdırılıb. Onlardan 11 nəfəri Nalçik şəhərindəki xəstəxanaya yerləşdirilib. Üç nəfər isə ilkin tibbi yardımdan sonra sərbəst buraxılıb.
07:13
Elbrus dağında 3 alpinist həlak olub.
Qazet.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilib ki, ekspedisiya qrupunun 8 üzvü xilas edilib.
Əlavə məlumat verilmir.