Elbrus dağında baş vermiş faciədən sağ çıxmağı bacarmış alpinistlərin foto və videosu yayılıb
Gündəm
15:34 24 sen, 2021
Beş nəfər əlverişsiz hava şəraiti səbəbindən həlak olublar

Rusiyada Elbrus dağına səfərə yollanan qrupun tərkibində 20 nəfər olub. Onlardan beş nəfər əlverişsiz hava şəraiti səbəbindən həlak olublar.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə alpinistlərin gəzintisini təşkil edən Denis Alimov məlumat verib.
Axtarış-xilasetmə işləri zamanı sağ qalan 15 nəfərin hamısı xəstəxanaya çatdırılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, axtarışlara 40 nəfərə qədər xilasedici cəlb edilib.
Sosial şəbəkələrdə isə həyatda qalmağı bacarmış üç turistin fotosu və çətin hava şəraitində aparılan xilasetmə işinin videosu yayılıb.