Əlcəzairdə yol qəzasında 18 nəfər ölüb
Gündəm
02:12 13 sen, 2021
Qəzanın səbəbləri hələlik məlum deyil.
Əlcəzairin şimal-qərbində avtobusla yük maşınının toqquşması nəticəsində azı 18 nəfər ölüb.
Qazet.az xəbər verir ki, bu barədə “en-Nahar” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, avtoqəza Naama əyalətinin Əl-Biyod bələdiyyəsində baş verib, qəzada 18 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.
Qəzanın səbəbləri hələlik məlum deyil.