Bakı 8˚C Mostly cloudy

“Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliklərin səbəbi açıqlanıb

Siyasət 13:19 13 dek, 2022
“Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliklərin səbəbi açıqlanıb

“Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliklərin səbəbi açıqlanıb.

Qazet.az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, qanun layihəsi tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və istehlakçıların elektrik şəbəkələrinə qoşulmasının asanlaşdırılması məqsədilə hazırlanıb və aşağıdakıları nəzərdə tutulur:

- qoşulmanın normativ tənzimlənməsinin təmin edilməsi;

- qoşulma şərtləri müəyyən edilərkən istehlakçının (abonentin) kateqoriyasının, aldığı enerjinin (gücün) həcminin və tikinti obyektinin statusunun nəzərə alınması;

- tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və əlavə güc alması qaydasının, qoşulma xidmətinə görə ödənişin məbləğinin müəyyən edilməsinə dair metodologiyanın müəyyən edilməsi üçün hüquqi əsasın yaradılması;

- qoşulma üçün müraciətin asanlaşması, qoşulma müddətinin azalması və prosedurların dəqiq müəyyən edilməsi;

- qoşulma üçün müraciətin edilməsinin, sənədlərin təqdim edilməsinin və qoşulma ilə bağlı aidiyyəti qurumlarla razılaşdırma prosesinin elektronlaşdırılmasının təmin edilməsi;

- qoşulma xidmətinə görə ödənişin məbləğinin müəyyən edilməsində şəffaflığın təmin edilməsi

- sifarişçi ilə elektrik şəbəkəsi arasında qoşulma müqaviləsinin imzalanması.