Bakı 2˚C Mostly cloudy

Ələt-Astara yolunda qəza - Ana və oğlu öldü

Cəmiyyət 10:21 23 dek, 2022
Ələt-Astara yolunda  qəza - Ana və oğlu öldü

Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub.

Bu barədə Qazet.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır