Bakı 26˚C Sunny

Ələt-Astara yolunda mikroavtobus yük maşınına çırpılıb, ölənlər var

Hadisə 18:17 02 noy, 2021

Hadisə Ələt-Astara magistralının 59-cu kilometrliyində qeydə alınıb

Ələt-Astara yolunda mikroavtobus yük maşınına çırpılıb, ölənlər var

Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının 59-cu kilometrliyində qeydə alınıb.

“FORD TRANZİT” markalı mikroavtobus “HOVO” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlər Neftçala rayonunun Şorkənd kənd sakinləri, 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı və 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı hadisə yerində ölüblər. Qəza zamanlı xəsarət alan bir nəfər isə Ələt qəsəbə xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.