Əli Əsədov Gürcüstanda inzibati bina ilə tanış olub
Siyasət
13:10 16 dek, 2022
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ - SOCAR) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.
Bu barədə Qazet.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.
Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinə ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.