Əli Əsədov Komissiya sədri təyin edildi - FƏRMAN
Azərbaycanda İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə komissiyanın tərkibi yenilənib.
Qazet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Komissiyanın tərkibi aşağıdakı kimidir:
“Komissiyanın sədri
Azərbaycan Respublikasının Baş naziri
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini.