Bakı 13˚C Mostly cloudy

Əli Əsədov Mişustinlə görüşdü - FOTO

Siyasət 21:52 25 avq, 2022
Əli Əsədov Mişustinlə görüşdü - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 26-da Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Nazirlər kabinetindən Qazet.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Hökumət başçıları ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər.

ss.jpg (49 KB)