Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb
Siyasət
19:04 22 fev, 2022
Baş nazir Əli Əsədov ölkədə səfərdə olan Moldova parlamentinin sədri ilə görüşüb
Azərbaycan Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb.
Bu barədə Qazet az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib.
İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edilib.
Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.