Baş nazir Moldovanın Baş naziri ilə görüşdü
Gündəm
18:33 10 okt, 2022
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 10-da ölkədə səfərdə olan Moldovanın Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.
Qazet.az xəbər verir ki, görüşdə Azərbaycan-Moldova münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.
Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulandı.
Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.