Bakı 17˚C Mostly sunny

Əli Əsədov Olqa Alqayerova ilə görüşdü

Siyasət 13:36 31 okt, 2022
Əli Əsədov Olqa Alqayerova ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi Olqa Alqayerova ilə görüşüb.

Nazirlər Kabinetindən Qazet.az-a verilən məlumata görə, görüşdə cari ildə Azərbaycanın BMT-yə üzv olmasının 30-cu ildönümünün qeyd edildiyi bildirilib, ölkəmizin BMT-nin strukturları və ixtisaslaşmış təşkilatları, o cümlədən Avropa İqtisadi Komissiyası ilə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə olunub.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əldə etdiyi uğurlardan bəhs edilib.

Görüşdə həmçinin, Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub..