Əli Əsədov qərar imzaladı
Siyasət
17:35 31 avq, 2022
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısı genişləndirilib.
Qazet.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişikliklə insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısının 2.4-cü bəndinə “xarici kəşfiyyat,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi” sözləri əlavə edilib.