Bakı 9˚C Windy

Əli Əsədov QƏRAR imzaladı

Siyasət 17:41 30 dek, 2022
Əli Əsədov QƏRAR imzaladı

Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 10 yanvar 1997-ci il tarixli qərarında dəyişiklik edib.

Qazet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”ləri “Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası”nın tələblərinə cavab verən operatorlara veriləcək.