Əli Əsədov Qırğızıstana gedib
Siyasət
12:20 25 avq, 2022
Azərbaycanın Baş naziri Əli Əsədov Qırğızıstana səfərə gedib.
Qazet.az "Report"a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Azərbaycanın Baş nazirini İssık-Kul Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev qarşılayıb.
Ə.Əsədov avqustun 25-26-da Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək.
Toplantıda bir sıra aktual məsələlər müzakirə olunacaq.