Bakı 12˚C Mostly cloudy

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Siyasət 19:38 28 yan, 2022

Görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Bu barədə Qazet.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb.

Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən uğurlu əməkdaşlıq yüksək qiymətləndirildi, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.