Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı oldu
Siyasət
14:40 25 yan, 2022
Baş naziri Əli Əsədov ilə Belarusun Baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub
Yanvarın 25-də Azərbaycanın Baş naziri Əli Əsədov ilə Belarusun Baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub.
Bu barədə Qazet.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Danışıq zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.