Bakı 22˚C Mostly sunny

Əli Əsgərova vəzifə verildi

İdman 17:09 22 dek, 2021

Saraya rəhbərlik Əli Əsgərova həvalə olunub

Əli Əsgərova vəzifə verildi

Bakı İdman Sarayına yeni direktor təyin olunub.

Qazet.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, saraya rəhbərlik Əli Əsgərova həvalə olunub. Ə.Əsgərov bu gündən fəaliyyətə başlayıb.

O, yeni təyinatadək "Azərişıq" ASC-nin Təhlükəsizlik idarəsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Bakı İdman Sarayına Cəlalət Kazımova rəhbərlik edib. C.Kazımova dekabrın 20-də işdən çıxarılıb.