Əlil şəxslərə reabilitasiya vasitələri verilib
Gündəm
14:10 09 yan, 2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələrini yaşadıqları ünvanlara apararaq təqdim edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qazet.az-a verilən məlumata görə, agentlik bu dəfə Xaçmaz rayonunda yaşayan bir qrup əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri onların evlərinə aparılaraq təqdim olunub.
Əlillərə ümumilikdə 20 reabilitasiya vasitəsi, o cümlədən bir qisminə təkərli oturacaqlar verilib.