Bakı 14˚C Mostly cloudy

Əliyev, Putin və Paşinyan oktyabrın sonunda görüşəcəklər

Gündəm 22:55 24 okt, 2022
Əliyev, Putin və Paşinyan oktyabrın sonunda görüşəcəklər

Qazet.az “Vedomosti” qəzetinə istinadən  xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada görüşə və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar aparacaqlar.

Qeyd olunur ki, danışıqlar oktyabrın son günlərində baş tuta bilər, onların keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur və seçim böyük ehtimalla Soçinin üzərinə düşəcək.

Putin Ermənistan və Azərbaycan liderlərini növbəti üçtərəfli görüş üçün Rusiyaya dəvət edib.