Bakı 16˚C Mostly cloudy

Əliyev, Putin və Paşinyan Soçidə görüşəcək

Siyasət 18:32 23 noy, 2021

Habelə Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda danışıqlar aparacaq

Əliyev, Putin və Paşinyan Soçidə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcək.

Qazet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi məlumat yayıb.

Qeyd edilir ki, Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda danışıqlar aparacaq.

Məlumata görə, Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün atılacaq addımlar müəyyən ediləcək.