Əliyevlə Paşinyan arasında gərgin danışıqlar
Gündəm
04:19 07 okt, 2022
Praqada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların birinci raundu başa çatıb.
Qazet.az xəbər verir ki, bu barədə Haqqin.az məlumat yayıb.
Danışıqlar başa çatdıqdan sonra yenidən görüşmək qərara alınıb. Saat 23:00-da danışıqların yeni raundu başladı. haqqin.az-ın məlumatına görə, danışıqlar gərgin gedir.
Aİ prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun danışıqlardan sonra yekun bəyanat verəcəyi gözlənilir.
Lakin xəbər verildiyi kimi, danışıqların əsas şərti Azərbaycan və Ermənistan liderləri tərəfindən iki dövlətin ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasıdır.