Bakı 12˚C Sunny

Elm adamları ağlayan körpəni sakitləşdirməyin yolunu tapdı

Maraqlı 13:12 14 sen, 2022
Elm adamları ağlayan körpəni sakitləşdirməyin yolunu tapdı

Elm adamları ağlayan körpənin sakitləşdirməyin yolunu tapıblar.

Qazet.az xəbər verir ki, Yaponiya və İtaliyada aparılan araşdırmaların nəticələri “Current Biology” nəşrində yayımlanıb. Bildirilir ki, ağlayan uşağı sakitləşdirmək üçün əvvəlcə onu 5 dəqiqə ərzində qucaqda gəzdirmək lazımdır. Ardınca eyni formada 5-8 dəqiqə ərzində qucaqda sabit tutmaq lazımdır. Daha sonra isə uşaq yatızdırılmalıdır. Elm adamları bildirir ki, bu körpələri sakitləşdirmək üçün ən yaxşı üsuldur. Məlumata görə, elm adamları araşdırma zamanı siçan, meymun və digər heyvanların da davranışlarını izləyib. Ardınca araşdırma uşaqlar üzərində aparılıb.