Elm və Təhsil Naziri Emin Əmrullayev Lənkərana səfər edib
Cəmiyyət
14:45 17 dek, 2022
Qazet.az məlumat verir ki, Elm və Təhsil Naziri Emin Əmrullayev 17 dekabrda Lənkəran Dövlət Univerditetinin “30 illik Yubileyi” məqsədilə keçirilən tədbirə qatılmaq üçün Lənkərana səfər edib.
44 günlük müharibədə şəhid olan əsgərlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir.
Universitetin rektoru prof. Natiq İbrahimov gələn qonaqları salamlayıb və universitetin inkişafı yolunda görülən işlər haqqında məlum vermişdir. Daha sonra Elm və Təhsil Nazirinin çıxışı dinlənilib.
Tədbirdə icra hakimi Taleh Qaraşov da iştirak edib və unversitetin uğurlarını alqışladığını bildirib.
Yerli və xarici universitetlərdən gələn qonaqlar tədbirdə iştirak ediblər. Universitetin tarixinə aid videoçarx izlənilib.